Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinalında Əl Nəsr komandasının məşqçiləri ilə dava edib

“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsinin “Əl-Vehda” klubu ilə matçının birinci hissəsindən sonra komandanın məşqçiləri ilə mübahisə edib.

Portuqaliyalı meydanı tərk edərkən əhvalı pis olub və məşqçilər korpusuna əsəbi halda nəsə deyib.

Əl-Nəsr sonda 0:1 hesabı ilə məğlub olub və turnirdən kənarlaşdırılıb. Səudiyyə Ərəbistanı kubokunu “Əl-Hilal” və “Əl-Vehda” komandaları oynayacaq.

Ronaldonun klubu Səudiyyə Ərəbistanı çempionatında 53 xalla birinci yeri tutur.

Oxşar xəbərlər