Ronaldo Səudiyyə Ərəbistanının dünyanın ən yaxşı beş liqasından biri olacağını deyib

Portuqaliyalı “Əl-Nəsr”in yarımmüdafiəçisi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqasının dünyanın elit liqalarına daxil ola biləcəyinə inanır.

“Mən xoşbəxtəm. Komanda əla oyun keçirdi. 0:2-dən sonra geri qazanmaq çox, çox çətindir, amma sona qədər inandıq və üç qol vurduq.

Səudiyyə Ərəbistanı Liqası güclənir, gələn il daha da yaxşı olacaq. Addım-addım dünyanın ən yaxşı beş liqasından birinə çevriləcək. Amma bizə vaxt, oyunçular, infrastruktur lazımdır. Ancaq mən inanıram ki, bu ölkənin heyrətamiz potensialı, heyrətamiz insanları var. Liqa möhtəşəm olacaq”, – Ronaldo “Əl Şabab”la oyundan sonra deyib.

Mənbə: NTV Spor

Oxşar xəbərlər