Ronaldo tarixi rekorda imza atıbbackend

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo qol rekordu qırıb.

Futbolçu yanvarın 9-da Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Ohdud”la görüşdə qol vurub. Oyunun 42-ci dəqiqəsində Ronaldo penaltini dəqiq yerinə yetirib. Belə ki, futbolçu ilk qolunu 2025-ci ildə vurub və ardıcıl 24-cü təqvim ilində fərqlənib. O, tarixdə buna nail olan ilk futbolçu olub.

Ronaldo ilk dəfə 2002-ci ildə “Sportinq”də qol vurub. Daha sonra o, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və Portuqaliya millisində oynayarkən toru tapmağa davam etdi. Ümumilikdə o, karyerasında 917 qol vurub.