Ronaldonun “Əl-Nəsr”i Çempionlar Liqasında oynaya bilərbackend

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Avropa Çempionlar Liqasında iştirak imkanını nəzərdən keçirir. Bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə məlumat verib.

Onun məlumatına görə, UEFA rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldonun çıxış etdiyi komandanın populyarlığı yüksək olduğuna görə Səudiyyə klubunu dəvət etməkdə maraqlıdır.

Çempionlar Liqasının formatı 2024-cü ildən dəyişdiriləcək. Komandaların sayı 24-dən 36-ya qədər artacaq, qrup mərhələsi vahid liqa ilə əvəz olunacaq, onun çərçivəsində hər bir klub on fərqli komanda ilə ən azı on oyun, beşi öz meydanında, beşi isə başqasının meydanında keçirəcək.

Mənbə: Sport.ru