Ronaldonun Georginaya verdiyi brilyant üzüyün təxmini dəyəri açıqlandıbackend

Londonda yerləşən 77 Diamonds zərgərlik evinin idarəedici direktoru Tobias Kormind futbolçu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqesə verdiyi nişan üzüyünü 5 milyon dollar qiymətləndirib.

Bu barədə “Championship” The Sun-a istinadən xəbər verir.

Üzüyü məşhur Taylor-Burton brilyantı ilə müqayisə etmək olar – Riçard Burton tərəfindən Elizabet Taylora hədiyyə edilmiş 69,42 karat ağırlığında armud şəkilli daş.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü, 2023-cü ilin yanvarından Əl-Nəsr komandasında hücumçudu. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.