Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun nişanlısı Georgina Rodriguez Venesiya Film Festivalını ziyarət edərək, qırmızı xalçadan keçib.
Model futbolçunun ona hədiyyə etdiyi nişan üzüyünü nümayiş etdirib.
Avqustun 11-də Rodriqes İnstaqramda Ronaldo ilə evləndiyini açıqlayıb. O, üç daşla həkk olunmuş nişan üzüyü ilə fotosunu yayımlayıb. Zərgər Ajay Anandın sözlərinə görə, bəzək üçün təxminən 30 karat ağırlığında D dərəcəli brilyant seçilib. Zinət əşyalarının təxmini dəyəri 5 milyon dollardır.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından Əl-Nəsr komandasının hücumçusu olub. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.