Ronaldonun qolu beynəlxalq turnirdə rəqibini məğlub etməyə kömək etdi

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu 2023-cü il Ərəb Çempionlar Klublar Kubokunun qrup mərhələsinin ikinci tur matçında Tunisin “Monastir” klubunu məğlub edib. Taif şəhərində keçirilən görüş 4:1 hesabı ilə başa çatıb.

42-ci dəqiqədə Anderson Taliska Səudiyyə Ərəbistanı yığmasını hesabda irəli çıxarıb. 66-cı dəqiqədə Əli Ləcəminin avtoqolu sayəsində hesab bərabərləşib. 74-cü dəqiqədə Kriştiano Ronaldo baş zərbəsi ilə hesabı 2:1-ə yüksəldib. İkinci hissənin sonunda Abdulla Əl-Əmri və Əbdüləziz Əl-Elevai fərqlənib.

Mənbə: Sport.ru

Oxşar xəbərlər