Ronaldosuz Portuqaliya millisi tarixinin ən böyük qələbəsini qazanıb

Portuqaliya millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin altıncı turunun matçında Lüksemburq yığmasını 9:0 hesabı ilə məğlub edərək tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Bu oyuna qədər Portuqaliya yığmasının qalib gəldiyi ən böyük hesab 8:0 olub – bu nəticə ilə portuqaliyalılar Lixtenşteyn yığmasını iki dəfə (1994 və 1999), 2003-cü ildə isə Küveyt yığmasını eyni hesabla məğlub ediblər.

Sentyabrın 11-də baş tutan Portuqaliya – Lüksemburq matçını portuqaliyalı hücumçu Kriştiano Ronaldo buraxıb. Onun meydana çıxmamasına səbəb çoxlu sarı vərəqə aldığı üçün aldığı diskvalifikasiya olub. Portuqaliya yığmasında dublların müəllifləri Qonçalo İnasio, Qonçalo Ramos və Dioqo Jota olub. Rikardo Horta, Bruno Fernandes və João Feliks hərəyə bir qol vurub.

Məmbə: TRT Sport

Oxşar xəbərlər