Roskosmos ilk belarus kosmonavtının uçuşunun təxirə salındığını elan etdi

İlk belaruslu kosmonavtın uçuşu təxirə salınacaq.

Bu barədə TASS Roskosmos korporasiyasının mesajına istinadən xəbər verir.

Korporasiyanın məlumatına görə, uçuş 2023-cü ilin payızından 2024-cü ilin yazına təxirə salınıb.

Yanvarda “Roskosmos” radiatoru zədələnmiş “Soyuz MS-22” pilotlu kosmik gəmisi ilə bağlı yaranmış vəziyyətə görə Belarusdan qadın kosmonavtın uçuşunun mümkün təxirə salına biləcəyini açıqlamışdı.

Mənbə: TASS

İctimai.az

Oxşar xəbərlər