Rospotrebnadzor Konqoda naməlum virusla bağlı məlumatı şərh edibbackend

Rospotrebnadzor Konqoda aşkar edilmiş naməlum virusla bağlı məlumatları izləyir.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, naməlum virusa yoluxma əlamətləri qripə bənzəyir: xəstələr yüksək hərarətdən və şiddətli baş ağrılarından şikayətlənirlər.

“Rospotrebnadzor mütəxəssisləri Konqo Demokratik Respublikasında naməlum xəstəlik haqqında məlumatı izləyirlər”, – mətbuat xidmətinin bəyanatında deyilir.

Bundan əvvəl Konqo Demokratik Respublikasının cənub-qərbindəki Kvanqo əyalətində 140-dan çox insan naməlum xəstəlikdən əziyyət çəkirdi.