ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib ki, istənilən nüvə silahı müqaviləsinə ABŞ, Rusiya və Çin daxil olmalıdır. Onun sözləri RT tərəfindən sitat gətirilib.
“21-ci əsrdə istənilən nüvə müqaviləsinin qanuni olması üçün bu üç ölkə iştirak etməlidir”, – deyə o bildirib.
24 fevralda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Cenevrədə Rusiya-ABŞ nüvə silahlarına nəzarət danışıqları ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
Daha əvvəl Reuters agentliyi ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən ABŞ nümayəndələrinin Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüşərək mümkün çoxtərəfli nüvə silahlarına nəzarət müqaviləsi üzrə məsləhətləşmələrə başladığını bildirmişdi.














