Rubio Kamboca və Tailandı müharibəni dayandırmağa çağırıbbackend

Bloomberg xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında sülh danışıqlarının başlanması fonunda Kamboca və Tailandı müharibəyə son qoymağa çağırıb.

Dövlət Departamentinin sözçüsü Tommy Pigott, “Katib Rubio Birləşmiş Ştatların Kamboca və Tailand arasında dinc dialoqa yardım etmək öhdəliyini bir daha təsdiqlədi” dedi.

Dekabrın 24-də Britaniyanın “The Guardian” qəzeti Kamboca ilə Tailand arasında sülh danışıqlarının başlandığını yazıb. Tailandın müdafiə naziri Surasant Konqsirinin sözlərinə görə, nəticə Kamboca tərəfdən asılıdır. Onların dekabrın 27-i şənbə gününə qədər davam etməsi planlaşdırılır. Görüş Taylandın Çantaburi əyalətindəki sərhəd keçid məntəqəsində keçirilir.