Rubio Netanyahu ilə ABŞ-ın İrandakı vəziyyətə mümkün reaksiyasını müzakirə edibbackend

“Axios” qəzetinin ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə İrandakı vəziyyət və Vaşinqtonun mümkün cavab tədbirləri ilə bağlı danışıqlar aparıb.

Söhbət bazar ertəsi günü baş tutub. Tərəflər çərşənbə günü telefon danışığı aparmaq barədə razılığa gəliblər. Müzakirə mövzuları arasında İslam Respublikasındakı son hadisələr və ABŞ-ın mümkün cavab tədbirləri yer alıb.

“Dövlət katibi Marko Rubio bazar ertəsi günü İsrailin baş naziri Benyamin Netanyahu ilə İrandakı vəziyyəti və ABŞ-ın mümkün cavab tədbirlərini müzakirə etmək üçün danışıb”, – deyə məlumatda bildirilir.