G4Media xəbər verir ki, Rumıniya hakimiyyəti 17 milyon müddəti bitmiş koronavirus peyvəndini məhv etmək məcburiyyətində qalıb.
Nəşr qeyd edir ki, pandemiyadan bəri ictimaiyyətin peyvəndlə bağlı marağı olduqca aşağı olub.
Nəşrin məlumatına görə, hazırda Rumıniyada COVID əleyhinə peyvənd mövcud deyil.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hazırda peyvənd istehsalçıları ilə qeydiyyat sertifikatlarının alınması və məhsulların apteklərdə satışı üçün növbəti addımları müəyyən etmək üçün danışıqlar aparır.














