Rumıniya öz pilotsuz təyyarələrinin seriyalı istehsalına başlayacaqbackend

Rumıniya 2025-ci ilin sonuna kimi hərbi və mülki məqsədlər üçün pilotsuz uçan aparatların seriyalı istehsalına başlayacaq.

Bunu iqtisadiyyat, rəqəmsallaşdırma, sahibkarlıq və turizm naziri Boqdan-Qruya İvan bildirib, TASS xəbər verir.

“Prototip bu yay hazır olacaq və bu ilin sonunda seriya istehsalına başlanılacaq”, – o qeyd edib.