Rumıniyanın hazırkı prezidenti Nikuzor Dan hakimiyyətin internetdə etibarsız hesab etdiyi nəşrlərə qarşı tədbirlər görmək niyyətini açıqlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Mən bu yaxınlarda tamamilə yalan, xüsusən də hərbi sahədə, Ukrayna, Rusiya haqqında açıq-aydın yalan xəbərlər gördüm” dedi.
Onun sözlərinə görə, “Rumıniya dövləti açıq-aşkar yalan məlumatlarla bağlı hərəkət etməlidir”.
O qeyd edib ki, Rumıniya hakimiyyəti bu məsələdə qonşu ölkələrin təcrübəsinə əsaslanır.