Rumıniyanın baş naziri Marsel Çiolaku Qəzza zolağının əhalisi üçün humanitar dəhlizlərin açılmasının və qaçqınlara yardımın göstərilməsinin zəruriliyini bəyan edib.
TASS yazır ki, bu barədə o, İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
Rumıniyanın baş nazirinin sözlərinə görə, beynəlxalq ictimaiyyət belə dəhlizlərin açılmasında iştirak etməli və bütün lazımi yardımları göstərməlidir.
Bundan əlavə, Ciolaku israilli həmkarına Rumıniya vətəndaşlarının yəhudi dövlətindən geri qaytarılmasında göstərdiyi köməyə görə təşəkkür edib.
Bundan əvvəl BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyinin sözçüsü Cülyetta Tuma bir milyona yaxın yerli sakinin Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qaldığını bildirmişdi.
Mənbə: TASS