Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu deyib ki, Ukraynanın siyasəti sülh yolu ilə nizamlanmaya kömək etmir, əksinə, münaqişəni daha da qızışdırır.
Onun sözlərini RİA Novosti sitat gətirir.
“Kiyevin siyasəti sülh prosesinə töhfə vermir, sadəcə olaraq, ukraynalıların xaricə kütləvi şəkildə köçməsinə və Avropanın iqtisadi sabitliyinin pozulmasına səbəb olan münaqişəni alovlandırır.
Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin siyasəti “ölkənin, Ukrayna ailəsinin məhvinə və Avropanın iqtisadi sabitliyinin pozulmasına gətirib çıxarıb”.