Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanımışdır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı üzv ölkələrinin arasında isə ilk ölkədir. 19 iyun 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur.
1998-ci ilin 03 noyabrda Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixindən isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilmişdir.
Azərbaycan Respublikası və Rumıniya arasında 61 sənəd imzalanmışdır.
Azərbaycan ilə Rumıniya arasında dostluğa və strateji tərəfdaşlığa əsaslanan əlaqələr sürətlə inkişaf edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Prezidentlərin qarşılıqlı səfərləri, inkişaf edən iqtisadi əlaqələr, aparılan danışıqlar və nəzərdən keçirilən əməli addımlar bu əməkdaşlığı gücləndirir. Rumıniyanın, xüsusən də regionda mövcud olan münaqişələrlə bağlı prinsipial mövqeyi Azərbaycanda yüksək qiymətləndirilir.
Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfər çərçivəsində Rumıniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi olub. Təhsil, mədəniyyət və idman, eləcə də iqtisadi və elmi-texniki əməkdaşlıq sahələrində gələcək əməkdaşlığa zəmin yarada biləcək elm sahəsində sazişlər imzalanıb. Bu baxımdan Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında prezidentlərin imzaladığı bəyannamə xüsusi əhəmiyyət kəsb edir.
Rumıniya və Azərbaycan 30 ildən artıqdır ki, iki tərəfli əlaqələri strateji tərəfdaşlıq əsasında inkişaf etdirməkdədirlər. İki ölkə arasında imzalanan bütün sənədlər gələcəyə hesablanmış və strateji əhəmiyyət daşıyır. Bu gün iki ölkə arasında siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha nümayiş etdirir.
Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.
İndi Azərbaycan Ruminya əməkdaşlığı yeni mərhələyə qədəm qoymaqdadır. Buxarestdə imzalanan təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
iki il bundan əvvəl layihə iştirakçısı ölkələri Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdi və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir.
Mehman Musayev
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı















