Rumıniya Xarici İşlər Nazirliyi Tulçada Rusiya bayrağının götürülməsinə çağırıbbackend

Rumıniyanın xarici işlər naziri Oana Tsoiu Tulça şəhər meriyasını bələdiyyənin mərkəzi meydanında, İncəsənət Muzeyinin yanında quraşdırılmış Rusiya bayrağını götürməyə çağırıb.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş press-relizdə deyilir.

“Xarici işlər naziri Oana Tsoiu Tulça şəhər meriyasına şəhərin irsinə daxil olan binadan Rusiya bayrağının götürülməsi ilə bağlı sorğu göndərib. Dövlət bayrağının asılması ilə bağlı mövcud qanunvericiliyi nəzərə alaraq, müəyyən edilib ki, bu halda digər dövlətlərin bayraqlarının asılmasına icazə verən şərtlərin heç birinə əməl olunmayıb”, – məlumatda deyilir.