Rumıniyada yaşayan yaşlı bir qadın bu günə qədər məlum olan, dəyəri 1 milyon avro olan dünyanın ən böyük kəhrəba külçələrindən birini adi bir daşla səhv salıb və onilliklər boyu ondan məişət ehtiyacları üçün istifadə edib. Bu barədə G4media.ro nəşri yazır.
Bildirilir ki, qadın Koltsı kəndindəki çay yatağında 3,5 kiloqramlıq daş tapıb və onu illərdir qapısını bərkitmək üçün istifadə edib. Maraqlıdır ki, bir dəfə evə girən quldurlar belə külçənin dəyərini təxmin etməyiblər.
Daşın dəyəri qohumlara miras qalanda məlum olub. Yeni sahiblər daşın qiymətli ola biləcəyini düşünürdülər. Təxmin təsdiqlənəndə kəhrəba Rumıniya dövlətinə satılıb və milli sərvət kimi kataloqa daxil edilib.