Rumıniyada S.O.S. Klaus İohannisin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ölkə prezidentinin vakant vəzifəsinin tanınması tələbi ilə respublikanın Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.
RİA Novosti xəbər verir ki, bunu müvafiq sorğunu imzalayan partiya sədri Diana Şoşoke bildirib.
S.O.S mesajında qeyd olunur ki, prezidentin səlahiyyət müddəti and içdiyi andan hesablanır və düz beş ildir. Bu müddətdən sonra dövlət başçısı kimi hər hansı vəzifə tutması Əsas Qanunla qadağan edilən üçüncü müddətin başlanğıcı sayılır.
Partiya Senat və Parlament Deputatlar Palatasının sədrlərinə də Konstitusiya Məhkəməsinə analoji müraciətin başlanması xahişi ilə müraciət edib.