Rusiya aviaşirkətləri gələn həftədən Gürcüstana uçuşlara başlaya bilər, RİA Novosti mənbəyə istinadən xəbər verir.
“Gələn həftə Rusiyadan Gürcüstana uçuşların başlanması planlaşdırılır.
Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan bildirib ki, Rusiya ilə Gürcüstan arasında aviareyslər bir ay ərzində bərpa oluna bilər.
Onun sözlərinə görə, əgər Gürcüstan çətin şərtlər irəli sürməsə, o zaman ölkələr arasında birbaşa uçuşlar bərpa oluna bilər. Muradyan Rusiya turizm sənayesinin Gürcüstana ehtiyacı olduğunu və maraqlı olduğunu da vurğulayıb.















