Rusiya Avropa Birliyindən pivə alışını minimum səviyyəyə endiribbackend

RİA Novosti, Eurostat məlumatlarına istinadən xəbər verir ki, yanvar ayında Rusiya Avropa Birliyindən (AB) pivə idxalını 2004-cü ildən bəri ən aşağı səviyyəyə endirib.

İlin əvvəlində AB-dən Rusiyaya pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə azalaraq 763.600 avro təşkil edib. Bu rəqəm 2025-ci ilin yanvar ayında 5 milyon avro idi.

Hesablamalara görə, alış həcmləri 2004-cü ilin fevral ayından bəri ən aşağı səviyyəyə çatıb, o zaman 741.600 avro idi. Ən əhəmiyyətli azalmalar ayrı-ayrı ölkələr üzrə qeydə alınıb: Litvadan (107 dəfə) (9.900 avroya qədər), Niderlanddan (102 dəfə) (637 avroya qədər), Çexiyadan (12 dəfə) (57.300 avroya qədər) və Almaniyadan (7 dəfə) (214.300 avroya qədər).