Rusiya prezidenti Vladimir Putin Belarusla təhlükəsizlik zəmanətləri haqqında sazişi ratifikasiyaya təqdim edib.
Sərəncamın mətni rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənədi qanunvericilərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko təqdim edəcək. Prezidentin fərmanı ilə ölkənin federal məclisinin palataları Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətləri haqqında Müqavilənin İttifaq dövləti çərçivəsində ratifikasiyası məsələsinə baxarkən diplomat onun rəsmi nümayəndəsi təyin edilib.
Saziş 2024-cü il dekabrın 6-da Minskdə imzalanıb. Sənəd müdafiə, Rusiya və Belarusiyanın suverenliyini, müstəqilliyini və konstitusiya quruluşunu qorumaq, İttifaq dövlətinin ərazisinin və xarici sərhədinin bütövlüyünü və toxunulmazlığını təmin etmək üzrə qarşılıqlı öhdəlikləri müəyyən edir. Vladimir Putin bu məqsədlərə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini bəyan edib.