Martın 14-də Çin hakimiyyəti Pekində Çin Xalq Respublikası, Rusiya və İranın iştirakı ilə İranın nüvə problemi ilə bağlı üçtərəfli görüş keçirəcək.
TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinq zamanı bildirib.
“Martın 14-də Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxunun sədrliyi ilə İranın nüvə problemi ilə bağlı Çin, Rusiya və İran arasında görüş keçiriləcək”, – o deyib.
Mao Ning əlavə edib ki, İran məsələsinə əlavə olaraq, tərəflər “qarşılıqlı maraq doğuran digər məsələləri” müzakirə etməyi planlaşdırırlar.