Rusiya Dövlət Duması: “Kiyev uzaqmənzilli raketlər almaqla yeni ərazilər itirə bilər”backend

Dövlət Dumasının Sevastopoldan olan deputatı Dmitri Belik RİA Novosti-yə bildirib ki, Ukrayna Qərbdən uzaqmənzilli raketlər alacağı təqdirdə yeni ərazilərini itirə bilər.

“Rusiya bütün dünyaya bəyan edib ki, Qərblə danışıqlara getməyəcək. Ya bizim yolumuz olacaq, ya da sona qədər davam edəcəyik və davam etsək, o zaman Ukrayna yeni ərazilərini itirəcək”, – Belik bildirib.

O, izah edib ki, 100 km mənzilli raketlər Kiyevə çatdırılsa, Ukrayna 150 km ərazi itirəcək. Kiyev 200 km mənzilli raketlər alarsa, Ukraynanın itirəcəyi heç nə olmayacaq.

Mənbə: RİA Novosti

İctimai.az