Rusiya Ukrayna ilə, o cümlədən Qərb ölkəsinin ərazisində danışıqlara hazırdır. Bu barədə “İzvestiya” qəzeti yüksək vəzifəli mənbəyə istinadən yazır.
Qeyd olunur ki, ötən həftə Macarıstanın xarici işlər naziri Peter Siyarto nəşrə müsahibəsində Budapeştin Moskva və Kiyevə vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bildirib. Diplomat xatırladıb ki, hələ 2022-ci ilin fevralında bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermakla danışıb.
Yüksək rütbəli mənbənin qeyd etdiyi kimi, Moskva Macarıstan da daxil olmaqla Qərb ölkəsi ərazisində Ukrayna ilə danışıqların əleyhinə deyil. Lakin əsas odur ki, Qərb və Kiyev Rusiya ilə konstruktiv söhbətə hazırdır.
Mənbə: İzvestiya

