Rusiya G20 ölkələri arasında dünyada ən aşağı işsizliyə malikdirbackend

Rusiya 2024-cü ilin iyun ayında dünyanın ən böyük iqtisadiyyatları arasında işsizliyin ən aşağı olduğu ölkə oldu.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bu ilin iyun ayında Rusiya Federasiyasında işsizlik səviyyəsi tarixi minimuma çatıb və 2,4% təşkil edib. İyulun əvvəlinə ölkədə 15 yaşdan yuxarı yalnız 1,9 milyon insan işsiz olub. Yaponiyada bu göstərici 2,5% təşkil edib. Meksikada – 2,8%, Cənubi Koreyada bu rəqəm 2,8% təşkil edir. G20-nin qalan ölkələrində işsizlik 3%-i ötür.

Bundan əvvəl ABŞ-da işsizliyin iyul ayında 4,3%-ə çatdığı və bu, 2021-ci ilin oktyabrından bəri rekord həddə çatdığı bildirilmişdi. Bunu ABŞ Əmək Departamentinin Federal Statistika Bürosunun məlumatları sübut edir.