Rus əsgərlərinin öldürülməsinə çağırış edən parlament üzvü Jussi Halla-aho Finlandiya parlamentinin sədri seçilib.
RİA Novosti xəbər verir ki, bu, Finlandiyanın qanunverici orqanında keçirilən səsvermənin nəticələrinə əsasən məlum olub.
Halla-ahonun 105 səs topladığı vurğulanır. Siyasətçi üçüncü dəfə parlamentin sədri seçilib. O, sağçı Finlər Partiyasından parlament üzvüdür.
2023-cü ildə Jussi Halla-aho mərmi üzərində “Finlandiyanın azadlığı uğrunda” sözlərini yazmaq üçün ianə etdiyini açıqladı. O, həmçinin bildirib ki, “rus əsgərlərinin öldürülməsinə töhfə verən hər şey düzgün və zəruridir”.
Daha sonra Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Halla-ahonun rus əsgərlərinin öldürülməsi ilə bağlı açıqlamalarını “iyrənc” adlandırıb.