Rusiya hökuməti ölkədə balıq məhsullarının istehlakını artırmaq üçün yol xəritəsini təsdiqləyib.
Bu barədə TASS-a müsahibəsində Rosrıbolovstvo-nun rəhbəri İlya Şestakov bildirib.
Yol xəritəsini baş nazirin müavini Dmitri Patruşev qəbul edib. Hazırda marketinq tədqiqatları ilə məşğul olacaq, pərakəndə satış şəbəkələri ilə işləyəcək və əhali arasında balıq məhsullarını təbliğ edəcək muxtar qeyri-kommersiya təşkilatı yaradılıb.
Şestakovun sözlərinə görə, 2024-cü ildə su bioloji resurslarının ümumi ovlanması təxminən 5 milyon ton təşkil edəcək. Rosrıbolovstvo rəhbəri vurğulayıb ki, Rusiya Federasiyası artıq özünü balıq məhsulları ilə tam təmin edir və artıqlığı ixrac olunur. Xaricdən tədarüklər əsasən Rusiyada tutulmayan və istehsal olunmayan məhsullara aiddir.
Şestakov ölkədə balıq istehlakını ildə adambaşına 21-23 kq hesablamışdır.