Rusiya ilə Çin arasında sabit dostluq bütün dünyaya fayda verəcəkdir

“Global Times” yazır ki, Çin və Rusiya arasında sabit dostluq münasibətləri bütün dünyaya fayda verəcək.

Məqalə müəllifi əmindir: “Getdikcə kövrək və qeyri-sabit olan beynəlxalq təhlükəsizlik vəziyyəti şəraitində ikitərəfli münasibətlərin sağlam və sabit inkişafı dünya sülhü üçün faydalıdır”.

Nəşr yazır ki, Qərb ölkələri Ukrayna münaqişəsi vasitəsilə Pekin və Moskva arasında münasibətləri pozmağa çalışır.

Jurnalist əmindir ki, ÇXR həmişə digər dövlətlərlə münasibətlərin səmimi və açıq inkişafına doğru addımlayıb.

Nümunə kimi publisist Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbinin sözlərini göstərib və o, Moskva ilə Pekin arasında gələcəkdə münasibətlərin “bloklara qoşulmamaq və qarşıdurmanın olmaması” əsasında qurulacağını bildirib.

Məqalənin sonunda müəllif qeyd edir ki, Çin və Rusiya hər zaman müstəqil ikitərəfli münasibətləri qoruyub saxlayıblar.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər