Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Avropa İttifaqının onlara vəsait ayırmasını istəyir, Politico Avropa hökumət rəsmilərinə istinadən xəbər verir.
Nəşrin mənbələrindən birinin məlumatına görə, Rusiya ilə həmsərhəd olan səkkiz ölkənin liderləri dekabrın 16-da keçiriləcək Helsinki sammitindən ittifaqın növbəti uzunmüddətli büdcəsində müdafiə sahəsinə ayrılan vəsaitin artırılması üçün istifadə edəcəklər.
Mənbə əlavə edib ki, Avropa ölkələri Aİ-nin həmrəyliyə əsaslanan yeni maliyyə imkanları yaratmasını istəyir.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merzlə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqını (Aİ) Rusiya ilə “döyüş” vəziyyətində müdafiə xərclərini artırmağa çağırmışdı.














