Rusiya ilə İspaniya arasında ticarət sanksiyalara görə kəskin şəkildə azalıbbackend

2023-cü ilin doqquz ayı ərzində İspaniya ilə Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% azalıb. Bu barədə Rusiyanın Madriddəki səfiri Yuri Klimenko TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın İspaniyaya ixracı 58,6% azalaraq 2,47 milyard avroya, Rusiyanın İspaniyadan idxalı isə 35,2% azalaraq 665,5 milyon avroya düşüb”.

Səfir Rusiya ilə İspaniya arasında ticarət dövriyyəsinin azalması tempini Avropa İttifaqının anti-Rusiya sanksiyalarının ilk paketinin nəticələrinin tam hiss olunduğu 2015-ci ilin göstəriciləri ilə müqayisə edib.

Mənbə: TASS