CNN Türk xəbər verir ki, Rusiyaya qarşı sanksiya təzyiqi siyasəti səmərəsiz olub.
“Uzunmüddətli sanksiyalar Rusiyaya dağıdıcı təsir göstərməyib, lakin Avropa liderlərindən heç biri bunu açıq etiraf etməyə cəsarət etmir”, – deyə telekanal bildirib.
Qeyd olunur ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Rusiya Federasiyasına qarşı sanksiyaların səmərəsizliyi sübuta yetirilib.














