Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İsrail Qəzza zolağında törədilən cinayətlərin araşdırılmasına qəsdən maneələr yaradır. Bu barədə məlumatı TASS yayıb.
Onun sözlərinə görə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi hazırda Qəzza zolağında baş verənlərin soyqırım olması ehtimalının yüksək olduğunu bəyan edib. Eyni zamanda, BMT-nin etibarlı məlumatlara çıxışı yoxdur.
“İsrail bilərəkdən bu cür girişə maneələr yaradır” dedi.
Mənbə: TASS