Rusiya ixrac həcmini 2020-ci il səviyyəsinə qaytarıbbackend

Rusiya, Aİ-nin sanksiya təzyiqinə baxmayaraq, ixracat səviyyəsini 2020-ci il səviyyəsinə qaytardı.

Bu barədə “Bloomberg” Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu cür göstəricilərə qayıdış, əsasən, Rusiya Federasiyasına “dost” dövlətlərdən reeksport hesabına mümkün olub. Məsələn, MDB ölkələrindən və Çindən.

Öz növbəsində yükgöndərənlər anti-Rusiya sanksiyalarının yaratdığı bəzi maliyyə və sığorta problemlərinin öhdəsindən gəliblər.

Mənbə: Bloomberg

İctimai.az