Rusiya Makronun Ukraynadakı sülhməramlılarla bağlı açıqlamalarına cavab veribbackend

Fransa prezidenti Emmanuel Makron Ukraynaya sülhməramlılar göndərməklə öyünür, lakin Aİ əslində belə bir addım atmağa hazır deyil.

Bu barədə “RİA Novosti”yə Dövlət Dumasının deputatı Dmitri Belik bildirib.

“Makron lovğalanır, amma əslində Avropa İttifaqı müharibə vəziyyətində olan bir ölkəyə qoşun göndərməyə və ruslarla döyüşməyə hazır deyil”, o vurğulayıb.

Belik əlavə edib ki, Fransa liderinin bəyanatları pafosdur və ictimaiyyət üçün şoudur.