Rusiya Misirə rekord tonlarla taxıl tədarük edibbackend

2024-cü ildə Rusiya Misirə 10 milyon tondan çox taxıl tədarük edərək, bu Afrika ölkəsinə məhsulun ən böyük ixracatçısı oldu.

TASS bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenkoya istinadən məlumat yayıb.

“Rusiya Misirə ən böyük buğda ixracatçısıdır və keçən il buraya 10 milyon tondan çox buğda tədarük edib. Bu, görünməmiş rəqəmdir, çünki dünyada heç kim belə həcmdə taxıl almayıb”, – Borisenko bildirib.

O ümidvar olduğunu bildirib ki, Moskva və Qahirə kənd təsərrüfatı ticarəti sahəsində əməkdaşlığı genişləndirməkdə davam edəcəklər.

May ayında Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov bildirmişdi ki, hazırda Rusiya ilə Misir arasında qarşılıqlı hesablaşmaların təxminən 40%-i dollar və avrodan başqa digər valyutalarda aparılır.