Bəzi ölkələrin kəşfiyyat orqanları hesab edir ki, Rusiya NATO-nun müdafiəsini sınaqdan keçirmək və ya hətta alyansın ayrı-ayrı üzv ölkələrinə hücum etmək istəyə bilər.
Bunu Finlandiya Müdafiə Qüvvələrinin strateji idarəsinin rəisi general-mayor Sami Nurmi “Yle” ictimai yayımına müsahibəsində deyib.
“Məhdud qoşun kontingentinin cəmləşməsi çox tez baş verə bilər. Rusiyanın bunu etmək imkanı var. Bunu Ukraynanın timsalında görmək olar”, – Nurmi deyib.
Onun qiymətləndirməsinə görə, Ukraynada münaqişə başa çatdıqdan sonra Rusiya Silahlı Qüvvələrinin (SQ) bərpası və qoşunların Finlandiya sərhədlərinə köçürülməsi bir neçə il çəkəcək. O hesab edir ki, ordunun modernləşdirilməsi daha çox vaxt aparacaq.