Rusiya Nazirlər Kabineti saxlanması qadağan edilən heyvanların siyahısını təsdiqləyibbackend

Rusiya hökuməti evdə kobra, timsah, canavar, tülkü, yaquar və bir neçə başqa vəhşi heyvanın saxlanmasını qadağan edib. Bu barədə TASS məlumat yayıb.

Ümumilikdə 121 növ heyvan evdə saxlanması qadağan edilən heyvanlar siyahısına daxil edilib.

Kobralar, mambalar, taypanlar və pitonlar, gila canavarları, Komodo əjdahaları və bəzi tısbağa növləri kimi sürünənləri evdə saxlamaq qadağandır. Xüsusilə, diametri 30 sm-dən çox olan timsah tısbağalarını evdə saxlamaq qadağandır. Qadağa timsahların bütün növlərinə də şamil edilir.