Rusiya Qırğızıstan və Tacikistandakı hərbi bazalarının döyüş hazırlığını artırırbackend

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya Qırğızıstan və Tacikistandakı hərbi bazaların, eləcə də mümkün çağırışlara qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırır.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən iclasında bildirib.

Nazir ABŞ və müttəfiqlərinin terrorizmlə mübarizəyə yardım bəhanəsi ilə Mərkəzi Asiyada hərbi mövcudluğunu bərpa etmək cəhdlərinə işarə edib. Şoyqu vurğulayıb ki, Moskva Vaşinqtonun region ölkələrinə hərbi infrastrukturun yerləşdirilməsi ilə bağlı müraciətlərini ŞƏT məkanında sabitliyə birbaşa təhdid kimi qiymətləndirir.

“Biz öz növbəmizdə Rusiyanın Qırğızıstan və Tacikistandakı hərbi bazalarının, eləcə də digər cavab qüvvələrinin mümkün çağırışlara qarşı döyüş hazırlığını artırırıq”, – Şoyqu bildirib.