Rusiya Federasiyası diktə etmək, ölkənin daxili işlərinə qarışmaq cəhdlərini və ABŞ-ın öz dəyərlərini və dövlət inkişaf modelini tətbiq etmək istəyini qəbul etmir. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Amerikanın dövlət katibi Entoni Blinkenin Rusiyanın ABŞ-la münasibətləri yaxşılaşdırmaq şansları naminə davranışını dəyişməli olduğu barədə bəyanatını belə şərh edib.
Cavabında rusiyalı diplomat bildirib ki, amerikalıların Moskvaya məsləhət verməyə ehtiyacı yoxdur.
“Onlar həmişə bizdən nə isə tələb edirlər, anlamaq istəmirlər ki, Rusiya öz həyati maraqlarını və suveren xarici siyasətini qorumaqdan əl çəkməyəcək”, -deyə o qeyd edib.
Mənbə: A Haber