Rusiya səfiri Antonov ABŞ-ın pilotsuz təyyarə ilə bağlı bütün eyhamlarını rədd etdiyini bildiribbackend

Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoli Antonov Qara dəniz üzərində Amerikanın MQ-9 pilotsuz uçuş aparatı ilə bağlı insidentlə bağlı Amerika tərəfinin bütün eyhamlarını rədd etdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

“Bu gün, martın 14-də məni Dövlət Departamentinə dəvət etdilər və orada Amerika tərəfinin bütün eyhamlarını qəti şəkildə rədd etdim”, – diplomat vurğulayıb.

O, əlavə edib ki, o, “Rusiya Federasiyasının mövqeyini Amerika tərəfinin diqqətinə çatdırıb”.

İctimai.az