Böyük Britaniya artıq Ukraynanı demək olar ki, bütün silahlarla təmin edib və onun arsenalları tükənib.
Bu barədə TASS-a Rusiyanın Londondakı səfiri Andrey Kelin məlumat verib.
Onun fikrincə, son 3,5 il ərzində Böyük Britaniya Ukrayna tərəfini demək olar ki, əlində olan hər şeylə təmin edə bilib.
O vurğulayıb ki, hazırda Londonun əsas problemi onun öz arsenalını artırmaq ehtiyacı olmasıdır.
Bundan əvvəl Böyük Britaniya hökumətinin nüvə arsenalını genişləndirməyi planlaşdırdığı və ABŞ-dan B61 nüvə bombası daşıya bilən F-35A qırıcıları almaq üçün danışıqlar apardığı bildirilmişdi.