Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcəkbackend

Rusiyanın “Ural Hava Yolları” şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək.

Bu barədə şirkətin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, uçuşlar aprelin 26-da başlayacaq.

Məlumata görə, Jukovski-Bakı marşrutu üzrə uçuşlar cümə və şənbə günləri saat 20:30-da, əks istiqamətdə – şənbə və bazar günləri 1:45-də yerinə yetiriləcək.