Rusiya şirkətləri Nigeriyada avtomobil hissələri istehsal etmək niyyətindədirlərbackend

Avtomobillər üçün ehtiyat hissələri istehsal edən Rusiya şirkətləri 2025-ci ildə Nigeriyada komponentlərin istehsalına başlamağı planlaşdırır.

Bu barədə Rusiya Federasiyasının bu Afrika ölkəsindəki ticarət nümayəndəsi Maksim Petrov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sentyabrda rusiyalı sahibkarların birinci qrupu danışıqlar aparmaq üçün Nigeriya paytaxtına gedəcək.

Petrov Nigeriyanın sənaye naziri Otunba Adeniyi Adebayoya istinad edərək bildirib ki, respublika öz ərazisində istehsal yerləşdirərkən Rusiya şirkətləri üçün əlverişli vergi şərtlərinə zəmanət verməyə hazırdır.