Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər – İDDİAbackend

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir.

Sosial şəbəkələrdə belə iddialar səslənir ki, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər.

Məlumatlarda bildirilir ki, sülhməramlılar yol çəkmək üçün bu addımı atırlar.

Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.