Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya idarələrarası nümayəndə heyəti Suriyada 50-dən çox humanitar aksiya keçirib, bu aksiyalar zamanı ölkəyə 260 tona yaxın humanitar yük daşınıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Ümumilikdə, Rusiya idarələrarası nümayəndə heyətinin işi zamanı 50-dən çox humanitar aksiya və işçi görüş keçirilib. 260 tona yaxın humanitar yük Suriya Ərəb Respublikasına təhvil verilib”, – deyə məlumatda bildirilir.
Mənbə: RİA Novosti