Yanvarın 1-də dayandırılan Rusiya qazının Ukrayna ərazisindən tranziti bərpa olunmasa, Avropa Birliyi ölkələri iflasla üzləşə bilər.
Bu barədə RİA Novosti-nin analitik məqaləsində deyilir.
Agentlik tədarükün davam etdirilməsində maraqlı olan Avropa ölkələrindən olan siyasətçilərin, ilk növbədə Slovakiyanın baş naziri Robert Fikonun bəyanatlarına istinad edir. Eyni zamanda, RİA Novosti etiraf edir ki, Avropa Komissiyası boş boru kəməri ilə bağlı ciddi təhlükə görmür.
Agentlik iddia edir ki, Ukrayna Macarıstan və Slovakiyanın narazılığına baxmayaraq, müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlardan imtina edib, digər Aİ ölkələri isə bundan narahatlığını bildirməyib.